Astroloqlar Ueyd Keyvs və Marcori Orr Günəş tutulmasının avqust ayına təsadüf etdiyi illərdə böyük fəlakətlərin baş verdiyini aşkar ediblər
Onların araşdırmasına görə, Günəş tutulmasının avqust ayına düşdüyü illərdə (1909, 1927, 1945, 1963, 1981 və 1999) bu dəhşətli hadisələr olub: ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana sui-qəsd cəhdi, Xirosima və Naqasakiyə atom bombası atılması, Franklin D.Ruzveltin ölümü, Çikaqoda xaos və Prezident Uilyam Tafta sui-qəsd.
Bütün bunlar Günəş tutulması ilə bağlı sirli, mistik bir həqiqətin olması fikrini qüvvətləndirir. Budəfəki Günəş tutulması ABŞ-da müşahidə olunub. Astroloqların gəldiyi qənaətə inansaq, indi ABŞ-ı böyük fəlakətlərin gözlədiyini güman etmək olar.
Məsələ ilə bağlı Axar.az-a danışan astroloq Səbuhi Rəhimli bildirib ki, Günəş tutulması ABŞ-da təbii fəlakətlərə yol aça bilər:
“18 ildən bir Günəş tutulması olur ki, buna “böyük tutulma” da deyilir. Sonuncu dəfə 1999-cu ilin 9 avqust tarixində böyük tutulma olub. Onun episentrinin İstanbula düşməsi nəticəsində böyük Konya zəlzələsi baş verdi. Zəlzələnin şiddəti dağıntı və çox sayda insan itkisiylə nəticələndi. Bu tutulma elmi dildə “panumbral tutulma” adlanır. Astrologiyada Ay və Günəş tutulmaları çox mühüm əhəmiyyət kəsb edir. Bu hadisə nəticəsində təbii fəlakətlər, təbiətin anormal dəyişikliyi, Ayın hərəkətinə uyğun olaraq okean-dəniz sularında qabarma və çəkilmələr olur. Ay tam bədirlənəndə dəniz və okean sularında daşqınlar baş verə bilər”.
Astroloq qeyd edib ki, Günəş tutulmalarının Azərbaycanda hər hansı bir böyük fəlakətlə nəticələnməsi gözlənilmir:
“Hər il iki günəş tutulması baş verir və bu, Amerika qitəsində daha çox müşahidə olunur. ABŞ astronomları Günəş tutulmalarının siyasi proseslərə təsir etdiyini düşünürlər. Ancaq bu hadisənin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda isə Günəş tutulması avqustun 21-də, saat 23:30-da baş verib. Tutulma gecə saatlarına düşdüyü üçün heç bir fəlakətlə nəticələnməyəcək. Növbəti Günəş tutulması 1 ildən sonra - 27 iyul 2018-ci ildə baş verəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...