«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Virciniya ştatındakı bazada ordu və xalqa müraciətində deyib ki, ölkəsi bundan sonra xaricdə demokratiya qurmaq üçün silahlı qüvvələrin xidmətindən istifadə etməyəcək
Onun sözlərinə görə, digər ölkələr də ABŞ-ın prinsipləri ilə yoluna davam etsinlər deyə, bundan əvvəl ölkəsi çoxlu enerji, vaxt sərf edib və xeyli insanın həyatını qurban verib.
Bununla bərabər, Tramp etiraf edib ki, Əfqanıstandakı terrorçular ABŞ üçün təhlükə yaratmırlar. O, Əfqanıstanda amerikalı hərbçilərin səlahiyyətlərinin artırılacağını vəd edib.
Bundan əvvəl ehtimal olunurdu ki, Tramp Əfqanıstana əlavə olaraq, daha 4 min hərbçinin göndəriləcəyini elan edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...