“Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb və biz onları süpürüb torpağımızdan kənara ata bilərik”
“Ermənilərin ümidi bir tərəfdən forpostu olduğu dövlətə, digər tərəfdən isə təmas xəttinə müşahidəçilər, araşdırma missiyası yerləşdirməklə özlərini sığortalamağa qalıb”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov səsləndirib.
Onun sözlərinə görə, Ermənistanın indiki iqtidarı Azərbaycan torpaqlarını işğal etməklə, azərbaycanlılara qarşı soyqırımı törətməklə İrəvanda hakimiyyəti zəbt edib və bundan özlərinin varlanmağı üçün istifadə edirlər:
“Belə olan halda təbii ki, xalqın sosial problemlərdən diqqətini yayındırmaq üçün onların hərbi vəziyyətdən istifadə etmələri heç kimə sirr deyil. Ermənilər hər vəchlə çalışırlar ki, təmas xəttinə, Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçiləri gətirərək, işğal olunmuş ərazilərdə arxayın otursunlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...