Türkiyə və İran İraqın şimalında mərhələli şəkildə PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatlar aparmağı planlaşdırırlar
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
İlk mərhələdə Türkiyə Hərbi Hava Qüvvələri Zap, Bervari, Batufa, Çemçu və Avaşin rayonlarında PKK-nın 19 mövqeyini bombalayacaq.
Əməliyyatlar İraq ərazisində, Türkiyə sərhədindən 19 km məsafədə keçiriləcək.
İlk mərhələnin 8-10 gün ərzində icra olunacağı bildirilir. İkinci mərhələdə isə İran Silahlı Qüvvələri İraqın şimalındakı Qəndil dağlarında quru əməliyyatlarına başlayacaq.
İranın bu əməliyyatlara 42 min hərbçi cəlb edəcəyi gözlənilir. Türkiyə HHQ isə İran ordusuna havadan dəstək verəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...