Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı 4 aprel 2017 tarixinində beynəlxalq təşkilatlara müraciət etmişdi
Bunlar BMT-nin İnsan Haqları Komitəsi başda olmaqla, ATƏT Parlament Assambleyasının İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Komissarı , Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil 20-yə yaxın qurum idi.
Müraciətdə hər iki girov haqqında heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın məhkəmə orqanının çıxardığı qeyri-qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilib. girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu bildirilib.
Girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatdan Ermənistan hakimiyyətinə təzyiq göstərmək istənilib.
Maraqlıdır, müraciətlə əlaqədar hansı irəliləyişlər var?
Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Modern.az-a bildirib ki, hazırda bu istiqamətdə işlər davam edir:
“Bizim müraciətdən sonra Avropa İnsan Haqları Yüksək Kommisarı işi birbaşa öz icraatına götürdü. Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer rəsmi açıqlama yazdı və məlumat verdi. Eyni zamanda o, məsələyə bundan sonra da ciddi nəzarət edəcəyini bildirdi.
Yəni bu istiqamətdə işlər davam edir. Sadəcə bəzi məsələlər mətbuatda işıqlandırılsa da, bəzilərini də işin gedişatına mənfi təsir etməsin deyə açıqlamırıq.
Bu məsələlərlə bağlı Avropa parlament üzvləri, müxtəlif beynəlxalq qurumlarla danışıqlar aparacam. Əminəm ki, tezliklə bunun müsbət mənada nəticəsi olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...