Herb Keynon
“Jerusalem Post”
Baş nazir Benyamin Netanyahu son 16 ayda Rusiyaya dördüncü dəfə səfər edərək, prezident Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq.
Netanyahunu əhatə edən jurnalistlərin sözlərinə görə, məqsəd aşkardır.
Baş nazirin Putinlə görüşündən sonra o və ya sözçülərindən biri görüş zamanı İsrailin Suriyadakı “qırmızı xəttlər”ini vurğulayacaq: rəsmi Tel-Əviv Colan təpələrindəki sərhədində İran və ya “Hizbullah”ın varlığına dözməyəcək; İsrail Suriyadakı qalıcı İran varlığını qəbul etməyəcək; İsrailin ölümcül silah və ya imkanların Suriyadan Livana, “Hizbullah”a keçməsinin qarşısını alacaq.
Netanyahu ikitərəfli Rusiya-İsrail əlaqələrini tərifləyəcək və deyəcək ki, Suriya səmasında Rusiya və İsrail hava qüvvələri arasında hər hansı bir təsadüfi qarşılaşmanın qarşısını almaq üçün hərbisizləşdirmə mexanizmi qurulmalıdır.
O, Rusiya liderinə İsrailin mesajlarının çatdırılmasında ehtiyatlı olmalıdır ki, ismarışların məğzi “başa düşülsün”.
Ancaq bu görüş Netanyahunun monoloqu deyil. Rusların da Suriya ilə əlaqədar İranla ümumi mövqeləri və ümumi niyyətləri var və rusiyalı diplomatlarla bir sıra danışıqlara əsaslanaraq vəziyyət belədir: Rusiya Suriyaya həqiqətən maraq göstərir. Raqqa – Suriyanın şimalındakı İŞİD qalası ilə Rusiyanın cənubundakı Qroznı, Çeçenistan arasında məsafə cəmi 1000 kilometr və ya 620 mildir.
2015-ci ilin yayında Moskva Suriyadakı döyüşlərdə fəal iştirak etmək qərarına gəldikdə, İŞİD və digər üsyançı toplusu Şamda hökuməti devirməyi düşünürdü. Rusiyaya qarşı düşmənçilik edən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və ya bir digəri sonradan Rusiyanı sabitsizləşdirmək üçün Çeçenistan vasitəsilə səylərə başlaya biləcəkdi.
Suriyadakı islamçılara qarşı 4500-ə yaxın Rusiya vətəndaşı mübarizə aparır və onlar Suriya və İraqda qələbə qazandıqdan sonra Rusiyadakı "dinsizlərlə" mübarizə aparmaq istəyini gizlətmirdilər.
2003-cü ildə İraqı işğal edən ABŞ və ya 2011-ci ildə Liviyaya qarşı hava hücumlarına başlayan beynəlxalq koalisiyadan fərqli olaraq, Rusiya Bəşər Əsədin tanınmış hökuməti tərəfindən Suriyaya dəvət edilib. Buna görə də, Rusiya – ABŞ və beynəlxalq koalisiyadan fərqli olaraq, – qanuni hökumətin dəvəti ilə Suriya fəaliyyət göstərir ki, bu da beynəlxalq hüquqa müvafiqdir.
Yaxın Şərqdə qarışıqlıq varsa, bunun baiskarı Rusiya deyil. Ruslar Suriyaya köz etdi, amma ABŞ İraqa müdaxilə etdikdən və Qərb Liviyaya daxil olduqdan sonra. ABŞ və müttəfiqlərinin Liviya əleyhinə hava hücumları Müammər Qəddafi kimi qəddar diktatoru iqtidardan kənarlaşdırdı. Amma o, böyük uğur qazandımı?
Böyük miqdarda hərbi texnika talan edildi, silahlar və hətta kimyəvi maddələr qonşu Afrika ölkələrinə və “cihadçı” qrupların əlinə keçdi. Niger və Mali Liviyada yaşananlar ucbatından qeyri-sabitləşdi.
Rusiya, İsrailin İranla əlaqədar narahatlıqlarını dinləyir, ancaq onları ifrat şişirdilmiş hesab edir. İran İsrailə hücum etməyəcək, çünki bunu etmək intihar olardı.
İsrail və Səudiyyə Ərəbistanı deyir ki, İran Bəhreyn, İraq, Suriya və Livan vasitəsilə Yəməndən uzanan proksi savaşlarla onları mühasirəyə almağa çalışır, lakin həqiqət budur ki, iranlılar İsrail, səudların təhdidilə üzləşirlər.
Doğrudur, İsrail İranı xəritədən silməklə təhdid etmir, amma nə üçün “F-35” gizli bombardmançı donanması alıb? O, İrana qarşı deyilsə, kimin üçün nəzərdə tutulub?
Bundan başqa, ABŞ İran rejiminin dəyişməsi ilə bağlı açıq danışıqlar aparır. Hətta nüvə razılaşmasını – 2015-ci ildə əldə edilən “Joint Joint Plan” – amerikalılar ayətullahları yavaş-yavaş kənarlaşdırmaq üçün "mülayimləri gücləndirmək" üsulu kimi görürlər.
İranın Suriyadakı hərəkətləri bölgəni sabitsizləşdirmək üçün deyil, özlərini mühafizə etməkdən başqa bir şey deyil.
Biz, ruslar Suriyadan “Hizbullah”a ötürülən ölümcül silahlarla əlaqədar İsrailin narahatlıqlarını anlayırıq və İsrailin özünü müdafiə etmə haqqını qəbul edirik. Lakin İsrail digər suveren dövlətlər arasındakı münasibətlərin tənzimlənməsi rolunu öz üzərinə götürə bilməz – o, regional polis deyil.
Biz, ruslar, İsrailin Suriyadakı daimi İran varlığına dair narahatlıqlarını anlayırıq, amma bunu qarşısını ala bilmərik. İran suveren dövlətdir; Tehranın nə edəcəyini və necə davranılacağını söyləyə bilmərik. Biz məsləhət verə bilərik, ancaq onlar mütləq bizi dinləməyəcəklər. Biz İranın yerinə qərar qəbul etmirik.
İran Suriyanın daxilindədir, Əsədin dəvət ilə. “Hizbullah” da eynilə. İranlılar və “Hizbullah” Əsədin dalana dirəndiyi anda ora gəlib. İsrail Əsədin ölkəsini nəzarətdə saxlamaqda maraqlı olmalıdır, bu halda suriyalıların xarici qüvvələrin dəvət etməsinə ehtiyac qalmayacaq. İsrail üçün ən yaxşı şey Şamda İran və “Hizbullah”ın yardımına ehtiyac olmayacaq güclü bir hökumətin varlığıdır. İsrail, Əsədi gücləndirəcək qüvvələrlə işləməlidir.
İsraildə qulaqlara xoş gəlməyən bu sözlər sərsəmlik kimi səslənir. Buna baxmayaraq, bu, rus diplomatlarının müntəzəm olaraq şəxsi danışıqlarda dediyi kəlmələrdir və Netanyahuya müxtəlif formalarda bir neçə dəfə eşitdirilən Rusiyanın mesajıdır. Çərşənbə günü də Soçidəki görüşdə o, Putindən oxşar kəlmələr eşidəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...