Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı yeni xəbərlər yayılıb. MilliYol.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, icra başçısı rayona gəldiyi ikinci gündə 100 min manat qazanıb.
İddialara görə, rayonun keçmiş icra başçısı Tahir Kərimov tərəfindən inşasına başlanılan, amma yarımçıq qalmış iş üçün ayrılmış pul məhz Sevindik Hətəmova qismət olub. Bildirilir ki, icra başçısı vəzifəyə keçidiyi günün səhərisi yarımçıq qalmış iş üçün ayrılmış 100 min manatı nağdlaşdırıraq, özünə götürüb.
Məlumatlara görə, yeni icra başçısı bunun ardından daha bir neçə nağdlaşdırma işini həyata keçirməyə çalışsa da, müavinləri onu səbirli olmağa çağırıblar. Və bildiriblər ki, əgər bu şəkildə davam edərsə, qısa müddətdən sonra Salyanda onun işləməsi mümkünsüz olacaq. Ona görə ki, həm hakimiyyət dairələri narazı qalacaqlar, həm də rayon əhli onun yeyintilərindən xəbər tutub etirazlarını bildirəcəklər.
Yeri gəlmişkən, İcra Hakimiyyətindəki müavin qalmaqalı ilə bağlı Qaynarinfo.az bir neçə gün əvvəl məlumat vermişdik. Bildirmişdik ki, Sevindik Hətəmovun öz kadrlarını İcra Hakimiyyətinə yerləşdirmək istəyi hələ ki, baş tutmur. Belə ki, icra başçısı yaxın adamını özünə müavin təyin etmək istəyib. Amma bu imkanı ona bu imkanı verməyiblər və köhnə müavinlərlə davam etməyi tapşırıblar. Sevindik Hətəmovun hədəfindəki müavin isə Rəşad Cəbrayılov olub. Bu şəxs YAP-ın rayon təşkilatının sədri olmaqla yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumudur. Rayonda icra başçısından da böyük nüfuza sahib olan bu şəxsi Sevindik Hətəmov özü üçün böyük təhlükə hesab edir.
Həmin xəbərdə həmçinin qeyd olunurdu ki, İcra Hakimiyyətinin rəsmi saytının "Aparatın strukturu" bölməsində "Salyan rayon icra hakimiyyəti başçısının müavinləri" bölməsi tamamilə boşaldılıb. Belə ki, hər 3 müavinin müavinin vəzifələri qeyd edilsə də, heç birinin adı yoxdur. Həmin xəbərdən 5 gün keçsə də, müavinlərin adı sayta yerləşdirilməyib. Bəlkə Sevindik Hətəmov bütün müavinləri öz adımları ilə əvəz etmək istəyir?
MilliYol.Az
Digər xəbərlər
loading...