Avqustun 21-də “qara bazar”da dolların satışı ucuzlaşıb
Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərin verdiyi məlumata görə dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı isə 1.7000 manatdan 1.6980 manata enib.
Başqa sözlə, hər 100 dollara görə spred (alış və satış arasındakı fərq) 30 qəpiyə düşüb. Qeyd edək ki, bu son iki ayda ən aşağı göstəricidir. Belə ki, iyun ayının 20-də spred 20 qəpiyə düşmüşdü.
Dollardan fərqli olaraq avronun isə “qara bazar”da alışı ucuzlaşıb. Avropa valyutasının alışı 1.9950 manatdan 1.9800 manata düşüb. Satışı isə 2.00 manat olaraq qalıb.
Rus rublunun isə “qara bazar”da həm alışı, həm də satışı aşağı düşüb. Belə ki, rublun alışı 2.82 qəpikdən 2.80 qəpiyə, satışı isə 2.84 qəpikdən 2.83 qəpiyə qədər ucuzlaşıb. Başqa sözlə, rubl manat qarşısında 0,3% dəyər itirib. /Fins.az
MilliYol.Az
Digər xəbərlər
loading...