İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107” markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib. “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan “Ford” markalı yük avtomobili onu vurub.
Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...