“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərə söykənən mükəmməl müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik”.
Bunu azvision.az-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti ilə görüşü çox vacibdir:
“Azərbaycan danışıqlar prosesinə həmişə konstruktiv mövqedən yanaşıb və ərazi bütövlüyünü təmin etmək üçün ən düzgün yol hesab edir. Azərbaycan sülh yolu ilə danışıqlar prosesi nəticəsində ərazi bütövlüyünün təmin olunmasına çalışır. Beynəlxalq prinsiplərə söykənən mükəmməl bir müqavilə üzərində iş gedir və nəticəsini yaxın zamanlarda gözləyirik. Gözlənilir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində prezidentlərin görüşü təşkil olunsun. Hesab edirəm ki, bu görüş çox vacibdir. Bu baxımdan ki, həmin binada BMT Təhlükəsizlik Şurasının 4 qətaməsi qəbul olunub”.
R.Rzayev vurğulayıb ki, danışıqlar dayansa, regionda gözlənilməz hadisələr baş verə bilər:
“Məhz bu qərarların icra mexanizmləri haqqında BMT də düşünməlidir. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bunun yolu tapılmalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. “İlk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ölkə başçısının görüşü çox vacibdir və yaxşı olar ki, artıq substantiv danışıqlara keçilsin, Ermənistan prezidenti aydın, birmənalı və kontruktiv mövqedən çıxış etsin. Əks halda Azərbaycan öz ərazisində anti-terror əməliyyatı həyata keçirə bilər. Burada beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Belə olan halda çox gözlənilməz itkilər ola bilər. Regionda onsuz da problemlər çoxdur. Belə halda regionda daha böyük gözlənilməz hallar baş verə bilər. Bütün bunları nəzərə alaraq sülh danışıqlarına önəm vermək lazımdır”.
R.Rzayev qeyd edib ki, münaqişə ilə bağlı aparıcı dövlətlər - Rusiya, ABŞ, Fransa öz mövqelərini daha dəqiq səsləndirməlidirlər:
“Həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həm də münaqişənin həllində maraqlı olan digər dövlətlər də aktiv siyasətə keçməlidirlər. Həmsədrlər öz işlərində daha qəti addımlar atmağı bacarmalıdırlar. Görüşlər mütəmadi və substantiv olmalıdır. Bu, həm həmsədr, həm də region dövlətlərinin marağında olmalıdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında hazırda həmsədrlərin prezidentlərin növbəti görüşünün təşkili üzərində işlədiklərini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...