AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp milli təhlükəsizlik Şurasının iclasını çağırmaq fikrindədir. İclasda Birləşmiş Ştatların Cənubi Asiyaya yönəlik strategiyası müzakirə olunacaq
Hələ ötən həftə dövlət başçısı özü Əfqanıstana yönəlik yeni strategiyanın tezliklə qəbul olunacağı barədə danışmışdı.
«Röyter» agentliyinin xəbər verdiyi kimi, -Deviddə keçiriləcək görüş zamanı təhlükəsizlik Şurası Əfqanıstanda və Pakistanla sərhəd rayonlarda əlavə hərbi qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə edəcək. Bu addımın «Taliban» hərəkatı ilə mübarizə məqsədi ilə atıldığı bildirilir.
Görüşdə ABŞ-n vitse-prezidenti Maykl Pens də iştirak edəcək. «Associated Press» agentliyinin məlumatına görə, bu məqsədlə Pens Latın Amkrikası ölkələrinə səfərində müvafiq ixtisar aparıb.
Məlumat üçün bildirək ki, hazırkı situasiyada Rusiya ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını istəyir. Bu barədə bir neçə gün əvvəl Rusiya xarici işlər nazirliyi Asiya departamentinin direktoru, Əfqanıstan üzrə Rusiya
Prezidentinin xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib.
«Moskva heç vaxt ABŞ-ı öz ordusunu Əfqanıstandan çıxartmağa tələsdirməyib. Amma ABŞ ordusu burada əməlli-başlı bir iş görə bilmirsə, o zaman qoy, Əfqanıstandan getsin» – deyə, rusiyalı diplomat demişdi.
Görünür, Rusiyanın Əfqanıstanla bağlı bu mövqeyi ABŞ-ı əməlli-başlı qıcıqlandırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...