Polşanın daxili işlər naziri Mariuş Blaşak Barselonada baş verən terror hadisəsinin həmin ölkəyə gələn müsəlman miqrantlarla bağlı olduğunu bildirib
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, nazir Polşada terror hadisəsi törətməyin mümkün olmadığını deyib.
“Polşa yaxın Şərqdən və Afrikadan gələn miqrantları qəbul etmədiyi təqdirdə bu ölkədə belə hadisələr baş verməz. Bizim ölkəmizdə islamçı terrorçular üçün təbii baza rolunu oynayan müsəlman cəmiyyətləri yoxdur. Ölkənin təhlükəsizliyi naminə əlimizdən gələni edirik və çalışırıq ki, miqrantları qəbul etməyək”.
Nazir Barselonada baş verən terror hadisəsini “svilzasiyaların toqquşması” adlandırıb. Bildirib ki, bu cür terrorla effektiv mübarizə vasitəsi yoxdur: “Avropa üçün tək yol müsəlman miqrantlara qapını bağlamaqdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...