Metronun "Sahil" stansiyasında aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib
BNA-dan verilən xəbərə görə, daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.
“Həmçinin, sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılmalıdır. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, - deyə məlumatda vurğulanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...