Avqustun 18-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib
Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avronun isə “qara bazar”da həm alışı, həm də satışı son bir həftənin minimumuna düşüb. Avropa valyutasının alışı hazırda 1.9600 manatdan 1.9950 manata yüksəlib. Satışı isə 2.00 manat olaraq qalıb.
Maraqlıdır ki, bu gün rus rublu bir qədər bahalaşıb. Məlumata görə, rublun alışı 2.78 qəpikdən 2.82 qəpiyə, satışı isə 2.80 qəpikdən 2.84 qəpiyə qədər yüksəlib. Başqa sözlə, rubl manat qarşısında 1,4% bahalaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...