Qida zəhərlənməsi (qida intoksikasiyası) – tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır
Xüsusən yay ayları daha çox baş verən zəhərlənmələr zamanı nə etmək lazım gəldiyini bilmək onun yüngülləşməsinə və daha rahat və tez ötüb keçməsinə səbəb olur.
Ona görə də AZƏRTAC zəhərlənmələrin müalicəsində xalq təbabəti bilicilərinin təklif etdiyi müalicə və məsləhətləri təqdim edir.
Zəhərlənmə zamanı çox miqdarda süd içmək lazımdır. Südün həm toksiki maddələri özünə hopdurmaq və zərərsizləşdirmək xüsusiyyəti var, həm çox miqdarda içiləndə qusmaya səbəb olur və zəhərlərin mədədən sorulmasının qarşısı alınır. Eyni məqsədlə xəstəyə ayran da içirtmək olar.
Yüngül zəhərlənmələr zamanı ballı şüyüd dəmləməsi yaxşı təsir göstərir. Onu hazırlamaq üçün 1 xörək qaşığı bostan şüyüdünün otu və ya yarım çar qaşığı şüyüd toxumları bir stəkan qaynar suda dəmlənir, bir qədər soyuyandan sonra dəmləməyə 1 xörək qaşığı bal əlavə olunur.
Müxtəlif zəhərlənmələr zamanı çəhrayı rodiolanın spirtli çıxarışı çox yaxşı təsir göstərir. 5-10 damcı ekstraktı az miqdarda suda həll edilərək gündə 2-3 dəfə içmək lazımdır. Sonuncu qəbul axşam saat 19-dan gec olmamalıdır. Ekstraktla birlikdə ballı su qəbul etmək olar.
2 xörək qaşığı çöl qatırquyruğu otu 1 litr qaynar suda dəmlənir və gündə 6 dəfə yarım stəkan qəbul edilir.
Cirə toxumlarının bişirməsi də zəhərlənmə zamanı faydalıdır. 10-15 ədəd cirə toxumu 350 ml qaynar suda 15 dəqiqə qaynadılır, alınan bişirmə birdəfəyə içiləndən sonra xəstəni qusdurmaq məsləhətdir. Daha sonra yenə eyni qədər təzə bişirmə qəbul edilir.
Zəhərli göbələklər, mis və qurğuşun duzları ilə zəhərlənmə zamanı hərəsindən 5 xörək qaşığı çöl qatırquyruğu otu və üçyarpaq yonca çiçəkləri, 2 xörək qaşığı palıd qabıqları ilə qarışdırılır. Alınan qarışıqdan 3 xörək qaşığı bir litr qaynar suda dəmlənir və gündə 7 dəfə, hər dəfə yarım stəkan qəbul edilir.
10-12 ədəd xırdalanmış biyan köklərinin üzərinə 3 stəkan su tökülür və 1 stəkan qalana qədər bişirilir və tez-tez zəhərlənən xəstəyə tez-tez içirilir.
1 çay qaşığı xırdalanmış pişikotu kökləri yarım litr qaynar suda 5 dəqiqə qaynadılır, soyuyandan sonra süzülür və hər saatdan bir yarım stəkan qəbul edilir.
Eyni miqdarda dazı otu, istiotlu nanə yarpaqları, aptek çobanyastığı çiçəkləri və bağayarpağı yarpaqları yığıntısından 1 xörək qaşığı yarım litr qaynar suda yarım saat dəmlənir. Hər saatdan bir üçdəbir stəkan qəbul edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...