Yeni tədris ili yaxınlaşdıqca tələbələri və ailərini ən çox düşündürən problemlərdən biri evlə bağlıdır. Hazırda bəzi ali təhsil müəssisələrinin yataqxanası olasa da, bir çoxlarında yoxdur. Yüksək səviyyəli yataqxanası olan ali təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU).
MilliYol.Az xəbər verir ki, 17 fevral 2016-cı il tarixində prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tələbə yataqxanasının açılışında iştirak edib. Kompleksin dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.
Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var.
Eyni layihə əsasında digər yataqxananın tikintisi uğurla davam etdirilir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...