Fransada keçirilən Avropa çempionatı davam edir. MilliYol.az xəbər verir ki, bu gün E qrupunda mübarizəyə start verilib.
Qrupun ilk oyununda Zlatan İbrahimoviçli İsveç İrlandiyanı sınağa çəkib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 48-ci dəqiqədə İrlandiyadan Ves Hulahan açıb. İsveç buna 71-ci dəqiqədə cavab verib. Zlatan İbrahimoviçin zərbəsinə son anda toxunan Kiaran Klark avtoqol müəllifi olub.
Qeyd edək ki, qrupun digər oyununda Belçika və İtaliya milliləri üz-üzə gələcək.
Avropa çempionatı
Qrup mərhələsi
13 iyun
E qrupu
İrlandiya - İsveç 1:1
Qollar: Ves Hulahan, 48 - Kiaran Klark, 71 (avtoqol).
İrlandiya: 23. Darren Randolp, 2. Semus Koleman, 3. Kiaran Klark, 4. Con O`Şea, 6. Qlenn Velan, 8. Ceyms Makkarti (7. Aiden Maqeadi, 85), 9. Şane Lonq, 13. Ceff Hendrik, 14. Conatan Valters (11. Ceyms Maqqlean, 64), 19. Robbi Bradi, 20. Ves Hulahan (10. Robbi Kin, 78).
Ehtiyat oyunçular: 1. Keiren Vestvud, 16. Şay Qiven, 5. Riçard Keoq, 12. Şane Duffi, 15. Kirus Kriste, 17. Stepan Vard, 18. David Meyler, 21. Daril Murpi, 22. Stepan Quinn.
Baş məşqçi: Martin O`Nill.
İsveç: 1. Andreas İsaksson, 2. Mikael Lustiq (3. Erik Yohansson, 45), 4. Andreas Qranqvist, 5. Martin Olsson, 6. Emil Forsberq, 7. Sebastian Larsson, 9. Kim Kallstrom, 10. Zlatan İbrahimoviç, 11. Markus Berq (20. Con Quydetti, 59), 14. Viktor Lindelof, 18. Oskar Leviçki (8. Albin Ekdal, 86).
Ehtiyat oyunçular: 12. Robin Olsen, 23. Patrik Karlqren, 13. Pontus Yansson, 15. Oskar Hilemark, 16. Pontus Vernblum, 17. Ludviq Auqustinsson, 19. Emir Kuyoviç, 21. Cimmi Durmaz, 22. Erkan Zengin.
Baş məşqçi: Erik Hamren.
Sarı vərəqələr: Ceyms Makkarti, 43. Qlenn Velan, 77 - Viktor Lindelof, 61.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curcyeviç (Serbiya), Matey Yuq (Sloveniya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (Serbiya).
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya).
Hakim-inspektor: Mark Batta (Fransa).
UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya).
Sen-Deni. “Stad de Frans”.
MilliYol.Az
Digər xəbərlər
loading...