Artıq bir neçə gündür ki, paytaxtda, eləcə də bölgələrdə temperaturun aşağı enməsi, yağıntılı və tutqun hava şəraiti müşahidə olunur
Ölkə ərazisində avqustun 18-i günortadan etibarən havanın mülayimləşəcəyi, yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq, bölgələrdə zəif şərq küləyi küləyi əsəcək, hava şəraiti sabitləşəcək.
Həftəsonu, eləcə də gələn həftənin ilk iş günlərində hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək, havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 2-3° artacaq.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova, həmçinin bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın hərarəti 32-37°, bölgələrdə 38°, dağlıq ərazilərdə 27-32° isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında gündüz cənub-şərq küləyi əsəcək, bir qədər rütubətli hava şəraiti müşahidə ediləcək ki, bu da əksər meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...