MilliYol.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Barselonadakı terror aktı barədə 2 ay əvvəl İspaniya hakimiyyətinə xəbərdarlıq edibmiş
Uyğun informasiya Kataloniya polisinə ötürülübmüş. Terror nəticəsində 13 nəfərin həlak olduğu Rambla küçəsinin adı MKİ-nin məlumatında «ehtimal olunan hədəf» kimi göstərilibmiş. Bu barədə «Periodico» nəşri yazıb.
Bundan başqa, 2 həftə əvvəl «Tvitter»də terrorçu «İD» qruplaşması ilə əlaqəli akkauntların birində İspaniyada tezliklə hücum olacağı barədə xəbər də yer alıbmış. Xəbərdə bu ölkə «əl-Əndəlus» adlandırılıb – müsəlmanların hökmranlığı dövründə olduğu kimi.
«Biz, əl-Əndəlusda cihad edəcəyik və öz torpağımızı geri qaytaracağıq» – deyə, xəbərdə bildirilir.
Xəbər verildiyi kimi, burada törədilmiş terrora görə «İslam dövləti» qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
MilliYol.az
Digər xəbərlər
loading...