AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Mixail Saakaşvili Ukrayna sərhəd-keçid məntəqəsində peyda olsa, dövlət sərhəd xidməti onun ölkə ərazisinə keçməsinə imkan verməyəcək
Bu barədə «Ukrainskaya pravda» nəşrinə Dövlət sərhəd xidmətinin mətbuat katibi Oleq Slobodin bildirib.
Xəbər verildiyi kimi, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili deyib ki, sentyabrın 10-da «Krakovets» sərhəd-keçid məntəqəsinə gələcək və Poşadan Ukraynaya keçməyə cəhd göstərəcək.
«Əgər sərhədi sənədlərinin hüquqi qüvvəsi olmayan şəxs keçirsə, uyğun olaraq, onun belə sənədləri götürülüb, özü isə sərhəddən içəri buraxılmır» – deyə, Slobodin bildirib.
O, dəqiqləşdirib ki, əgər Ukrayna vətəndaşlığına xitam verilirsə, o zaman həmin şəxsin pasportu da öz qüvvəsini itirmiş olur.
MilliYol.Az
Digər xəbərlər
loading...