Dünyanın neftlə ən zəngin ölkələrindən olan Venesuelada davam etməkdə olan dərin iqtisadi-siyasi böhranın nəticəsi olaraq aclıq çəkən əhali zooparklardan heyvanları oğurlayıb yeyir
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, ölkənin qərbindki Sliya ştatında hakimiyyət orqanları zooparkdan heyvanların oğurlanması hallarını araşdırır. Polis hesab edir ki, heyvanları aclıq çəkən əhali oğurlayıb.
Xəbərə görə sonuncu dəfə zooparkdan iki maral oğurlanıb. Bundan bir neçə həftə əvvəl isə buyvol da daxil olmaqla onlarla növ vəhşi heyvan oğurlanmışdı. “Biz hesab edirik ki, onları yemək üçün oğurlayıblar”-yerli polisin nümayəndəsi Luis Morales bildirib.
Venesuelada milli valyutanın tamamilə dəyərsizləşməsi, hiperinflyasiya, idxal mallarının qəhətə çəkilməsi, siyasi böhran və ara verməyən iğtişaşlar nəticəsində ölkə kollapsla üzləşib. Əhali aclıq çəkir, xüsusən əyalətlərdə insanlar yeməyə heç nə tapmır. Yüzlərlə uşağın yetərincə qidalanmama nəticəsində öldüyü haqda məlumat var. Paytaxt Karakasda zibil yeşiklərini eşələyib yemək axtaran insanların sayı hər gün artır.
Bu yaxınlarda prezident Maduronun parlamentə nəzarət edən müxalifəti neytrallaşdırmaq üçün ölkədə referendum keçirib Ümumxalq Yığıncağı adlı konstitusiya ilə nəzərdə tutulmayan yeni hakimiyyət orqanı yaratması ölkədəki böhranı daha da dərinləşdirib. Müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri və prezident tərəfdarları arasında hər gün toqquşmalar baş verir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...