“İndiki zamanda bəzi insanları elə bil İnstaqram əkib, doğub... Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Başlayırlar ki, “Bu nədi? Məni niyə izləmirsən, “like” etmirsən?”. Bəsdirin də, bambılılar, düşüklər...”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan deyib.
Sənətçi sosial şəbəkəyə görə ondan inciyən tanışlarını tənqid edib:
“Hələ bir adamdan küsürlər, inciyirlər... İzləmirəm, əcəb edirəm, bəyənmirəm əcəb edirəm. Şəxsən mən məni izləməyənə, bəyənməyənə əhəmiyyət vermirəm. Gözüm aydın, mən də onu izləmərəm. Ona görə həmin adama deməliyəm ki, bu nə deməkdir? Ya da sırtıq kimi, yapışmalıyam ki, məni bəyən? İnsanların yarı faizi tanınmaq, ulduz olmaq istəyirlər. Vallah, biz yalan olmuşuq”.
MilliYol.Az
Digər xəbərlər
loading...