Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...