Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi davam edir. Aprelin 18-də açılış mərasimi olan yarışa 40 komanda qatılıb.
"Milli Yol" sport7.az-a istinadən xəbər verir ki, bu komandaların iştirakı onlara heç də asan başa gəlməyib. Bunun üçün təhsil ocaqlarının rəhbərləri bir qədər məcburi olaraq xərc çəkməli olub. Əldə etdiyimiz özəl məlumata görə, orta ixtisaslardan 1500, ali təhsil ocaqlarından isə 3000 manat yarışda iştirak etmək üçün məcburi haqq alınıb. Bu isə ümumilikdə təxminən 100 min manat edir. Bunu saytımıza hazırda yarışda təmsil olunan təhsil müəsissəsinin rəhbərliyi bildirib.
Məsələ burasındadı ki, sözügedən yarış AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
Görəsən, adıçəkilən qurumların 40 komandanın iştirakı ilə yarış keçirməyə büdcəsi, imkanı yoxdur ki, hələ üstəlik komandalardan pul da alınır? Əvəzində isə qalib komandaya 5000, ikinci yerin sahibinə 3000, üçüncüyə isə 1000 manat mükafat verilir. Bəs, yerdə qalan 91 min manat hara xərclənəcək, hara gedəcək?
Təbii ki, yarışı keçirən qurum rəhbərlərinin ciblərinə... Bundan gözəl biznes nə ola bilər axı? Əlin cibində, oturduğun yerdə pul qazanmaq, bu olsa gərək.
Maraq üçün bildirək ki, tələbələr arasında keçirilən yarışda söz sahibi Tələbə Futbol Federasiyasıdı. Orta ixtisas və ali təhsil ocaqlarının yarışa Təhsil Nazirliyi tərəfindən cəlb olunduğu da ydın məsələdi. Təhsil müəsissələrinin də bu durumda aciz qalması başadüşüləndi. Çünki Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov həm də Təhsil nazirinin müavinidir.
Onu da bildirək ki, sözügedən yarış ilk dəfə keçirilir.
"Milli Yol"
Digər xəbərlər
loading...