Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək.
Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında ən geniş yayılmış nitq qüsuru – dislaliya haqqında geniş bilikləri əks etdirir.
MilliYol.Az
Digər xəbərlər
loading...