Son günlər respublika ərazisinə rütubətli hava kütləsinin daxil olması səbəbindən yağıntının miqdarı normadan artıq olub. Nəticədə, sürüşmə sahələrində aktivlik müşahidə edilir.
Bunu Publika.az-a açıqlamasında Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, yağıntıların artması çaylarda daşqına keçən gursululuğu artıb, bəzi çaylarda daşqına keçib: “Mayın 12-də İsmayıllı rayonunda müşahidə olunan hadisə buna misal göstərilə bilər. Bu da sürüşmə zonasında aktivləşməyə səbəb olub. Aktivlik əsasən, Böyük Qafqazın cənub-şərq hissəsində, yəni İsmayıllı, Ağsu, Şamaxı rayonlarındadır. Həmçinin Quba, Qusar, Xızı, Siyəzən, Şabran rayonları ərazisində sürüşmə sahələrinin daha çox aktivləşməsi müşahidə olunur. Qobustan-Şamaxı yolu ətrafında, Ağsu aşırımı ərazisində, İsmayıllının Basqal, Sulut və ona yaxın olan ərazilərində sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Respublikanın digər rayonlarda da sürüşmə sahələrində gərgin vəziyyət müşahidə edilir. Lənkəran-Astara zonası, Lənkəran- Lerik yolu, Yardımlıda, Gəncə -Qazax yolunda da aktivlik müşahidə edilir. Həmçinin çaylarda daşqına bağlı Zəyəmçay, Gəncəçay, Şəmkirçay, Kürəkçayda da gursululuq müşahidə edilir”.
E. Əlavə edib ki, yaxın iki gün ərzində çaylarda gursululuq azalsa da, sürüşmə təhlükəsi yaxın 10-15 gün ərzində davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...