Yaxın zamanlarda Kürdəmirin icra başçısı haqqında mətbuata sessasion məlumatlar ötürülə bilər
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov sabiq MTN naziri Eldar Mahmudovun qəzəbinə tuş gəlib. Bu üzdəndə yaxın zamanlarda Ceyhun Cəfərovun inanlmaz keçmişi ictimaiyyət üçün açıla bilər.
Buna səbəb isə başqalarından fərqli olaraq Ceyhun Cəfərovun birinci addımda Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstədən özünü ayırması olub. Bu barədə Anaxeber.az-ın elektron poçtuna daxil olan məlumatda bildirilir ki, Ceyhun Cəfərov Eldar Mahmudovun "qurbanlıq" siyahısında ilk yerdə durur. Uzun illər boyu yaxın qohumu, hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov vasitəsi ilə "MTN çetesi" ilə əlbir çalışan Ceyhun Cəfərovun isə "tövbə" etmək üçün saysız günahlarının olduğu bildirilir.
Qeyd edək ki, heç bir icra başçısı MTN hadisələri üzərində dayanmadığı halda hələ ötən ilin oktyabr ayında Kürdəmir rayon İcra Hakimiyyətinin 9 aylıq hesabat yığıncağında Ceyhun Cəfərov Eldar Mahmudov haqqında sərt ifadələr işlətmişdi. Hələ o zaman Kürdəmirin icra başçısının bu sərt çıxışı onun özünü sığortalamaq addımı kimi anlaşılmışdı. Çünki heç kimə sirr deyildi ki, "MTN çetesi"nə ən yaxın olan və uzun müddət bu mütəşşəkil cinayətkar dəstə ilə əçlbir çalışan icra başçılarından biri və birincisi məhz Ceyhun Cəfərovdur.
Anaxeber.az-a daxil olan məlumatda bildirilir ki, artıq Eldar Mahmudovun ətrafındakı halqa hər gün daraldığı üçün üçün sabiq MTN şefi bəzi yüksək çinli məmurlara öz "mesajı"nı yollamağı planlaşdırır. Bunun üçünsə, Eldar Mahmudov ona və Vidadi Zeynalova ilk gündə arxa çevirən Ceyhun Cəfərovu "qurban" verə bilər. Çünki Ceyhun Cəfərov sabiq MTN şefinin "mesajı"nı lazımı yerlərə çatdırmaq üçün ən ideal "qurbanlıqdır". Belə ki, "vur-tut" icra başçısı olan Ceyhun Cəfərovun haqqında yayılacaq çox ciddi xarakterli məlumatlar iri çaplı məmurlar üçün "həyəcan siqnalı" rolu oynayacaq.
Daxil olan məlumatda həmçinin göstərilir ki, Ceyhun Cəfərov haqqında yayılacaq məlumatların arasında onun ölkə rəhbərliyinə qarşı xəyanətini isbatlayacaq səsyazıları və və Vidadi Zeynalovla birlikdə həyata keçirdikləri bir sıra tükürpədici əməllərin sübutları yer ala bilər.
Bütün bu iddialarla bağlı Ceyhun Cəfərovun mövqyeini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...