İş adamı Umut Evirgenlə qalmaqallı eşqi ilə gündəmdə olan aktrisa Tuba Büyüküstün prestijini itirir
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa UNİCEF-in xoşməramlı səfiri postundan geri çağrılır. Onun yerinə aktrisa Serenay Sarıkayanın gətiriləcəyi deyilir. 2014-cü ildən adıçəkilən təşkilatın xoşməramlı səfiri seçilən Büyüküstünün vəzifəsini itirməsinə səbəb kimi sensasiyalı eşq həyatı yaşaması göstərilir.
Qeyd edək ki, şəxsi həyatı ilə gündəmdə olan Tuba aktyor Onur Saylakla 6 illik ailə həyatına son qoyaraq ondan boşanıb. Cütlüyün Maya və Toprak adlı əkiz qızları var. Tubanın hələ evli ikən Onura xəyanət etdiyi iddia olunur. Hazırda aktrisa ilə sevgilisinin Fransada tətildə olduğu bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...