İqor Pşeniçnikov
RİA Novosti, 15.08.2017
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton “Venesuelaya nisbətdə bütün ssenariləri, o cümlədən hərbi əməliyyatı” nəzərdən keçirir. Venesulea müdafiə naziri Vladimir Padrino Lopes cavabında deyib ki, bu, “ağılsız hərəkət, ekstremizmin ən yüksək bəlirtisi olardı. Birləşmiş Ştatları ekstremist elita yönəldir”.
Kimin şübhəsi var?
Təəssüf ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiəsini istisna etməyən analitiklərin proqnozları gerçəkləşməyə yaxındır. Trampın bəyanından sonra ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi gümanlar sırasından olduqca ağlabatan perspektivlər sırasına keçib. Xüsusən də nəzərə alaq ki, Venesuela maydanının təşkilatçısı və rəhbəri Venesuela neftini öz nəzarətinə qaytarmaq ümidilə bütün dünyanın gözü qabağında prezident Nikolas Maduroya ictimai falaqqa təşkil etmiş Birləşmiş Ştatların özüdür.
Venesuelaya divan tutmaq amerikalıların yönəltdiyi, “demokratik müxalifət”in bu ilin aprelindən non-stopa (ingiliscədən: taksi sifarişi xidməti-tərc.) keçən və artıq 120-dən çox adamın həyatını aparmış yürüşləri görüntüsündə ifadə olunur. Əlbəttə, onların həlakına görə taqsır şəxsən “diktator” Maduronun üzərinə qoyulur]
Divan tutmağın digər üsulu Venesuala prezidenti və yerli hökumətin başqa təmsilçilərinə qarşı sanksiyalardır. İxracata tədarük edilmiş Venesuela neftinə görə pul ödənişlərinin qarşısını almaq kimi antivenesuela sanksiyaları qapının ağzındadır. ABŞ Latın Amerikasında Venesuela ətrafında mənfi informasiya fonu yaradır, praktik olaraq bütün ölkələri Venesuela hökumətini ictimai məzəmmətə məcbur edir. Amerikalı rejissorların ötürməsilə cızılmış informasiya mənzərəsinə əsasən, bu gün Latın Amerikasında Madurodan savayı daha dəhşətli cani yoxdur. Artıq onun devrilməsi sanki beynəlxalq birliyin qanuni və təbii hədəfidir.
Elə “damğalar” işıq üzü görməyə başlayıb ki, bundan sonra özünə hörmət edən ölkələr – ABŞ isə özünə hörmət edir – öz aviadaşıyıcılarını didərgin ölkənin sahillərinə göndərir. “Miami Herald” qəzeti xəbər verir ki, Venesuela hakim Vahid Sosialist Partiyasının birinci vitse-prezidenti Diosdado Kabelyo Venesuela hökumətini tez-tez tənqid edən Amerika senatoru Marko Rubioya sui-qəsd planlaşdıra bilərdi. Venesuelaya müdaxilə üçün Ştatlara bəhanə deyil, nədir?
Yadımdadır, amerikalılar 1980-lərin axırında Panama lideri Manuel Noryeqa ətrafında mənfi informasiya fonunu məhz bu cür quraraq onu bütün olmazın günahlarda, xüsusən də narkotrafikə yardımda ittiham edirdilər. Və 1989-cu il dekabrın 20-də soxularaq Panama paytaxtının bir neçə məhəlləsini dağıdıb yüzlərlə mülki şəxsi qətlə yetirdilər. Ən sonda Noryeqa tutulub ABŞ həbsxanasına salındı.
Planetin müxtəlif guşələrində istifadə edilmiş “rəngli inqilablar” ssenarisinə baxmayaraq Venesuelada amerikalıların bütün işləri rəvan getmir.
Maduronu “demokratik müxalifət” gücləri ilə devirmək ssenarisi çaş-baş vurur. Yürüşlər sakral qurbanlarla olsa da, hələlik səmrəsizdir. Venesuela ordusundan qaçaraq ABŞ-da gizlənmiş hansısa fərarinin rəhbərlik etdiyi dövlət çevrilişi cəhdi bir həftə öncə iflasa uğrayıb. Venesuela hökuməti təsdiq edir ki, baş tutmamış çevriliş ABŞ-dan və qonşu Kolumbiyadan yönəldilib. Amma bunun qiyamçılara xeyri olmayıb. Maduro durumu nəzarətdə saxlayır. Buna görə də Vaşinqtonda Maduronu aşırmağın yeni üsulları üzə çıxır. Hərbi müdaxilə yoluyla. Bunun necə görünəcəyini söyləmək çətindir. Amma nə yerüstü əməliyyatı, nə apreldə Xomsda Suriya HHQ-nin bazasına endirdikləri kimi aviazərbələri istisna etmək olar. Və yaxud Qərb Qəddafini devirərkən Liviyanı bombardman etmək tərzində. Özü də ABŞ-ın Venesuelaya bu hərbi müdaxiləsi bir neçə səbəblərə görə Şimal Koreyanın bombardmanından tez baş verə bilər.
Birincisi, Karakas Phenyanın cavab verə biləcəyi kimi cavab verə bilməz. Venesuelanın nüvə silahı yoxdur. Venesuela ABŞ üçün asan hədəfdir. Bundan başqa, Tramp üçün indiki çətin daxili siyasi şəraitdə ona kiçik, zəfərli müharibə lazımdır.
“Moskvanın ABŞ-da Trampı hakimiyyətə gətirdiyi” seçkilərə “rus müdaxiləsi”nin araşdırılması çarxı eşim-eşim açılır. Liberal isteblişment Trampın impiçmenti üçün şəraitin yaradılmasına dəqiq kurs götürüb. Buna görə də Amerikanın qələbəsinə zəmanətli perspektivlə istənilən silahlı münaqişə Trampa xal yığmaqda görünməz dərəcədə yaxşı kömək edə bilər.
İkincisi, ABŞ Maduronun devrilməsinə itilənib. Artıq deyildiyi kimi, ona Venesuela neftini nəzarətə qaytarmaq lazımdır. Bundan savayı, ona ikinci Kuba gərək deyil. Venesuelanın ABŞ basqısına uğurlu dirənişi sonuncu üçün nəhs zarafat ola bilər. Bu, şübhəsiz, bölgədə əsasən solyönlü antiamerika gücləri ruhlandıracaq. Və amerikalılar bir neçə ildən sonra Vaşinqton üçün ölkələrin xeyli hissəsinin “çıxış zonasından kənar”da yerləşdiyi bölgəni əldə edə bilərlər.
Üçüncüsü, ABŞ-ın Venesuelada “demokratik müxalifət”ə başçılıq etdiyi hamıya bəlli sirdir. İstər-istəməz Ştatlar faktiki olaraq Venesuelanın işıqlı gələcəyi uğrunda beynəlxalq mübarizənin lideri roluna girib. Və o, sadəcə, nüfuzunu itirmədən durumu yarıyolda buraxa bilməz. ABŞ Şimal Koreya ilə bağlı durumdakı kimi özünü yalnız bir çıxışı – Birləşmiş Ştatların qələbəsi olan dalana dirəyib. Buna görə də heç bir şəraitdə Madurodan əl çəkməyəcək.
Və dördüncüsü. ABŞ-ın Latın Amerikasında arzu olunmayan rejimləri hərbi güc vasitəsilə devirməkdə zəngin təcrübəsi var. Panamadan savayı 1973-cü ildə amerikalı tələbələri müdafiə bəhanəsi ilə, əslində isə Kuba ilə münasibətləri möhkəmləndirmək kursu götürmüş Moris Bişop rejimini devirmək üçün Qrenadaya silahlı müdaxiləni xatırlamaq olar. MKİ-nin 1973-cü ildə Çilidə Salvador Alyendenin qanuni hökumətinə qarşı təşkil etdiyi hərbi çevrilişi yada salmaq mümkündür. Daha öncə 1954-cü ildə MKİ-nin hazırladığı muzdluların gücü ilə Qvatemalada Amerika korporasiyalarının deyil, milli iqtisdaiyyatın marağında siyasət yürütməyə çalışan prezident Hakobo Arbens devrilib. Bir sözlə, ABŞ Latın Amerikasında öz ənənələri çərçivəsində hərəkət edir və edəcək. Ştatlar Latın Amerikasını öz malikanəsi sayır və buna görə də ümumiyyətlə, heç kimin rəyinə diqqət yetirməyəcək. Bunun dərki işığında Kolumbiya prezidenti Huan Manuel Santosun ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən sonrakı bəyanatı tam karikatura kimi görünür. CNN telekanalının xəbər verdiyi kimi, o deyib ki, Venesuelaya münasibətdə hərbi müdaxilə nəzərdən keçirilməməlidir və Latın Amerikası ölkələrindən heç biri bu cür tədbiri dəstəkləməyəcək. Bu, sadəcə, gülməlidir. Dəstəkləyəcək və hələ alqışlayacaqlar da.
Pens öz növbəsində bildirib ki, Venesuela böhranının dinc həllini mümkün sayır. Diqqət yetirək – “mümkün”. Venesuelaya nisbətdə hərbi gücdən istifadə etməmək ABŞ üçün imperativ (qəti tələb-tərc.) deyil, yalnız imkandır. Venesuelaya müdaxilənin – əgər baş versə – bütün Latın Amerikası üçün nəticələri necə olacaq? Çox ehtimal ki, bu, bölgənin hakimiyyətdə antiamerika qüvvələrinin durduğu ölkələrində Vaşinqtonun oyuncaq rejimləri zorla bərqərar etmək prosesinin başlanğıcı olacaq. Bu, birinci növbədə, Kuba, Nikaraqua və Boliviyaya hərtərəfli basqının “bəraətli” gücləndirilməsinə təkan olacaq. Kubaya gəlincə, o, artıq 60 il iqtisadi mühasirədədir. Və prezident Tramp nisbətən yaxınlarda sələfi Obamanın Havana ilə münasibətlərin normallaşdırılması üzrə “yanlış” siyasətinin ləğvi haqda bildirib. Belə ki qarşıda bizi hələ Trampın Kuba ilə bağlı nə düşündüyünü müşahidə etmək gözləyir. Fikrimcə, bu, uzaqda deyil.
Nikaraqua da Amerika intriqalarının torundadır. Birinci skpirkada ABŞ-ın çaldığı Amerika dövlətləri təşkilatı (ADT) mayda “seçki sisteminin təkmilləşdirilməsi” işində faktiki olaraq Nikaraqua ilə əməkdaşlıqdan imtina edib. Bunu Kuba və Rusiya ilə dostluq münasibətlərindən açıqca danışan prezident Daniel Orteqa üçün qara nişanə kimi dəyərləndirmək olar.
Bundan başqa, Nikaraqua aktı (Nica Act) deyilən layihə ABŞ Konqresində bəyənilmə prosesindədir. Bu layihə Nikaraqua şirkətlərinə Amerika kreditlərinin verilməsinə sərt şərtlər tətbiq edir, əslində isə Nikaraquaya maliyyə yardımının qabağını alır.
Boliviya prezidenti Evo Morales də Amerikanın sıx “diqqət”inin hədəfindədir. Braziliyanın növbəti 2018-ci il prezident seçkilərində ən ağlabatan qalib ola biləcək keçmiş prezidenti İnasio Lula da Silva faktiki olaraq seçki prosesindən uzaqlaşdırılıb. O, ABŞ hegemoniyasını rədd etməyi ilə ad çıxardıb. Nəticədə Lula da Silva bu yaxınlarda “korrupsiya” ittihamı üzrə doqquz il yarım həbsə məhkum olunub. Latın Amerikasında solçu qüvvələr bunu fitnəkarlıq adlandırır və şübhə etmirlər ki, bunun arxasında ABŞ durur – arzuolunmaz fiqurun aradan qaldırılması üzrə kombinasiya qurulub və heç bir maydan gərək deyil. Bir sözlə, hələlik bütün dünya Suriya və Şimal Koreya ilə məşğul olunca ABŞ altdan-altdan, lakin əminliklə özünün “arxa həyət”ində bütün keçən əsr boyuncakı kimi fəaliyyətini davam etdirir. Və növbəti ən yaxın qurban Venesuela nəzərdə tutulub.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...