Ölkə başçısı İlham Əliyevin məmurları Naxçıvan Avtomobil Zavodunun istehsalı "NAZLifan” avtomobilləri almağa çağırdığı yəqin ki, hər kəsin yadındadır
Ölkə başçısının bu çağırışını qənaət və yerli istehsala üstünlük verməklə əlaqələndirmişdi. Bundan sonra bir çox məmurlar "NAZLifan” almağa başladı.
İş o yerə çatdı ki, zavod sifarişləri çatdıra bilmədi. Avtomobillərin qiyməti isə bahalaşdı. Lakin bəzi məmurlar yenə də bahalı maşınlara üstünlük verirlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov "NAZLifan” almaqdansa, qiyməti 200-300 min manat civarında olan "BMW”nin 7-ci seriyadan olan sonuncu modelini alıb. Saleh Məmmədov bu maşından xidməti avtomobil kimi istifadə edir.
Məlumata görə, ASC sədri əvvəlki xidməti maşınını müavininə verib. Həmin maşın da ucuz deyil. O da "BMW” markalıdır və qiyməti 100 min manata yaxındır. Görünür, Saleh Məmmədov "NAZLifan”da gəzməyi özünə rəva bilmir. Ona görə də ölkə başçısının çağırışını diqqətə almayıb.(azxeber.com)
MilliYol.Az
Digər xəbərlər
loading...