2017-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% artaraq 27716,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2853,4 manat təşkil edib
Dövlət Statistika Komitəsindən verilən xəbər görə, bu dövr ərzində gəlirlərin 85,9%-i son istehlak xərclərinə, 8,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25373,5 mln. manatlıq vəsait qalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...