2016-cı ildə Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan birinci olub
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatına istinadən xəbər verir ki, Azərbaycan ötən il qonşu ölkəyə 558 milyon dollar investisiya yatırıb.
Bu, Gürcüstana yatırılan xarici investisiyaların ümumi həcminin 35,6 faizini təşkil edib. 2016-cı ildə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi təqribən 1,6 milyard dollar olub.
Gürcüstana ən çox investisiya qoymuş ölkələr arasında Azərbaycandan sonra Türkiyə (203,5 milyon dollar), Böyük Britaniya (118,8 milyon dollar) və Niderland (97,2 milyon dollar) gəlir.
Ötən il Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, tikinti, maliyyə, istehsal və energetika sektorlarına yatırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...