Şimali Koreya lideri Kim Çen In hərbçiləri düşmənə hər an zərbə endirməyə hazır olmağa çağırıb
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat verib.
“Münaqişənin qarşısını almaq üçün, ABŞ doğru seçim etməlidir. Rəsmi Vaşinqton Koreya yarımadasında gərginliyi azaltmaq və təhlükəli hərbi qarşıdurmanın qarşısını almaq istəyini əməli şəkildə nümayiş etdirməlidir”, deyə KXDR lideri bildirib.
Məlumata əsasən, bu gün Kim Çen In Quam ordunun Quam istiqamətində raket buraxılması planları ilə tanış olub. Bundan əvvəl rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqun mümkünsüz olduğunu bəyan edib.
Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.
MilliYol.Az
Digər xəbərlər
loading...