Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb.Bunu MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində deyib.
Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda əvvəllər də dəfələrlə yazılıb. Lakin indi keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlayır.
Bəs bunlar hazırda Mahmudovun və adamlarının əlində olan videolardır, yoxsa MTN-dəki qruplaşmanın ləğvindən sonra müsadir edilənlərdir? Çünki məlumdur ki, Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin evində aparılmış axtarışlar zamanı həm də şantaj xarakterli videolardan ibarət çoxsaylı disklər, elektron daşıyıcılar müsadirə olunmuşdu.
Ərəstun Oruclu virtualaz.org-a açıqlamasında deyir ki, 2800 rəqəmi ona mötəbər mənbələrdən verilib, lakin başqa detallar haqda danışa bilməz. Çünki əlavə məlumatı yoxdur. “Bunlar jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri barədə gizli videoçəkilişlərdir. Lakin həmin videoların hazırda harada olduğu haqda məndə məlumat yoxdur. Mənə verilən məlumat belədir ki, bunların əlində həmin sayda seks videoları olub, başqa təfərrüatları bilmirəm. Yəqin ki, bu, ciddi araşdırma mövzusu ola bilər”-keçmiş MTN zabiti bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...