ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının rəhbəri Mike Pompeo Şimali Koreya ilə nüvə savaşı həddində olmadıqlarını bəyan edib
Strateq.az xarici mediaya istinadən bildirir ki, kəşfiyyat şefi Şimali Koreyanın 20 ildir güclü nüvə silahı əldə etməyə çalışdığını bildirib:
"Onlar hər raket sınağında bu istəklərinə bir qədər də yaxınlaşırlar. Düşünürəm, onlar bu istiqamətdə dayanmayacaqlar. Növbəti raket sınaqları da keçirəcəklər. Əlbəttə, bu, təkcə bölgə üçün deyil, bütün dünya üçün təhlükəlidir. Lakin bütün bunlar bizə nüvə savaşı başlamağımıza əsas vermir. Bizim əlimizdə nüvə savaşının başlanılacağı haqda dəqiq məlumat yoxdur. Hələlik Tramp hökuməti çox böyük diplomatik uğurla bu problemi həll etmək üzrədir.
Bildiyiniz kimi, Şimali Koreya yalnızlaşdırılır. Çin də sanksiyalara qoşulub. Rəsmi Pekin də istəmir ki, ətrafında belə nüvə gücü olan dövlət olsun".
Pompeo Şimali Koreyanın ABŞ-a hücum edəcəyi haqda xəbərə isə belə reaksiya verib: "Yenə deyirəm, Şimali Koreya ilə nüvə savaşına girəcəyimiz nöqtədə deyilik. Onların ABŞ-a belə hücum edəcəyi haqda da əlimizdə heç bir kəşfiyyat məlumatı yoxdur".
MilliYol.Az
Digər xəbərlər
loading...