Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir
Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu istisna etməyib.
Onun sözlərinə görə, əfv komissiyası daim fəaliyyətdə olan orqandır. Virtualaz.org-un əməkdaşı ilə söhbətində o deyib: “Ölkə prezidenti humanizm prinsiplərini əsas götürərək, mütəmadi olaraq bu cür aktlar imzalayır və mən istisna etmirəm ki, tezliklə əfvlə bağlı fərman imzalana bilər. Həmin sənədin Qurban bayramı ərəfəsində imzalanması da istisna edilmir”.
Əfv fərmanının Qərbin siyasi məhbus hesab etdiyi şəxslərə şamil edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq M.İbrahimqızı bildirib ki, konkret olaraq kimin azadlığa çıxacağı ona məlum deyil.
“İndi bu və ya digər şəxslərin adını çəkmək etikadan kənar olardı. Komissiyanın hüquqları ayrı-ayrı şəxslər üzrə rəylərin hazırlanması barədə qərarın qəbul edilməsi ilə məhdudlaşır. Tövsiyə xarakterli layihə hələlik hazır deyil, müzakirələr davam edir. Lakin bir şeyi deyə bilərəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə heç kim siyasi baxışlarına görə izlənilmir. Bir zamanlar müxtəlif partiyaların və təşkilatların üzvləri olmuş, lakin sonradan konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var. Onların heç biri siyasi baxışlarına görə mühakimə edilməyib”, – M.İbrahimqızı qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...