«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Belorus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sərhəddə sərhəd zonalarının bərpasından və Müttəfiq dövlət çərçivəsində ölkələr arasındakı münasibətlərin soyumasından narahatlığını ifadə edib
Bu barədə Prezident «Rossiya 24» telekanalına verdiyi müsahibədə bəyan edib.
«Biz, fəxr edirdik ki, bizdə rusiyalılarla beloruslar bərabər hüquqlara malikdirlər. Bu gün isə artıq sərhədlərdə «şıltaqlıq» edirik, Rusiya öz sərhədçilərini sərhədə çıxarır, gömrükçülər özlərini qəribə aparırlar, malları bloklayırlar…» – deyə, Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, Müttəfiq dövlət müqaviləsi istiqamətində Rusiya və Belorus «çox şey itirib» və indi iki ölkənin dialoqunda «geriyə sıçrayış» təhlükəsi yaranıb.
MilliYol.Az
Digər xəbərlər
loading...