regnum.ru,14.08.2017
Ermənistan əhalisi Serj Sərkisyanın prezidentliyi dönəmində ildə, təxminən, 28 min nəfər azalır. Ermənistan Milli Statistika Xidmətinə əsasən, 2008-2017-ci illərdə (Sərkisyanın hakimiyyəti illərində) əhalinin rəsmi sayı 3 milyon 250 min nəfərdən 2 milyon 979 min nəfərədək – 271 min nəfər azalıb.
Regnum İA Ermənistan əhalisinin azalama səbəblərindən, həmçininn Ermənistan hökumətinin ölkə əhalisinin sayını 2040-cı ilə doğru 4 milyona çatdırmaqda perspektivsiz planları haqda ayrıntılarla yazıb. Yada salaq ki, prezident Serj Sərkisyan bu cür planları 2017-ci ilin mayında Milli Məclisə ismarıc zamanı səsləndirib. Prezident demoqrafik durumu təşvişli və qəbuledilməz adlandırıb. Onun fikrincə, bu yöndə işi üç sahəyə ayırmaq olar: 1) mühacirətin dayandırılması, 2) doğuşun və yaşam müddətinin artırılması və 3) köçkünlərin geri qayıdışı üçün şərait yaratmaq.
Lakin köçün dayandırılması və hətta köçkünlərin qayıdışından danışmaq lazım gəlmir. Yəqin ki, durum qar yığını effekti qazanır – mühacirət edənlər qohum və dostlarının ölkədən gedişinə yardım edirlər. Cürbəcür statistika bu mülahizəni ancaq təsdiq edir. Deməli, son illərdə Ermənistandan qrin-kard (ABŞ-da yaşamaq sənədi) lotoreyası oynayanların sayının artım tendensiyası qeydə alınıb – 2010-cu ildə 27 159, 2011-də 31 580, 2012-də 39 918, 2013-də 42 131, 2014-də 48 867, 2015-də 56 519 iştirakçı olub. Son oyunun nəticələri hələlik yoxdur. Yəni beş ildə ABŞ-a həmişəlik yaşamağa getmək istəyənlərin sayı iki dəfə artıb.
Şübhəsiz, bütün bu rəqəmlər Ermənistan vətəndaşlarında cəmiyyətdə ədalətin olmadığı, hər yerdə rüşvət, qanunsuzluq, işsizlik olduğu hissinin birbaşa nəticəsidir. Ermənistan hökumətinin yürütdüyü şəxsi varlanma siyasətinin nəticəsində ölkənin daimi əhalisi, BMT-nin məruzəsində deyildiyi kimi, 2100-cü ildə deyil, tezliklə 2 milyon nişanəsinə çatacaq. Budur, Regnum İA-nın bu yaxınlarda haqqında yazdığı Sevan şəhəri sakinləri necə hərəkət etsin? Yanında naməlum mənşəli səyyari avtoqazdoldurma stansiyanın yerləşdiyi çoxmənzilli binada yaşamağa qalsın, yoxsa çıxıb getsin? Əlbəttə, əldəqayırma “İskəndər”in “nişangah”ında yerləşməyən mənzildə yaşamaq hüququ uğrunda mübarizə aparmaq olar, amma aydınlaşır ki, səs-küylü bəyanatlara baxmayaraq Ermənistan hökuməti hətta bu məsələni də həll etmək iqtidarında deyil. Məsələni qazı oğurlayan, sonra dəyərindən aşağı sataraq leqal şəkildə fəaliyyət göstərən qazdoldurma stansiyalarını var-yoxdan çıxaran “Газпром Армения” da həll etməyəcək.
Onda “ayaqlar”la səs vermək lazım gələcək. Lakin məlum olur ki, ölkə hökumətinə bu variant da sərf edir. Bəs deyilmiş kimi, mühacirlər qohumlarına maddi yardım etməklə büdcəni doldurmağa başlayırlar. 2012-ci ildə o zamankı baş nazir Tiqran Sərkisyanın ifadə etdiyi kimi: qoy getsinlər, yoxsa qalıb qiyam və ya inqilab törədəcəklər.
Ehtimal ki, Ermənistan hakim Respublika Partiyasının təmsilçiləri yuxarıda sadalananları nəzərə alaraq bildirirlər ki, gələn ilin aprelində prezidentlik müddəti başa çatdıqdan sonra Serj Sərkisyan baş nazir postunu tutsa və ölkəni yönəltməyi davam etdirsə, xalq üsyan etməyəcək. Başlıcası isə budur ki, hər il 28 000 nəfər ölkəni tərk etsə, o bunu tam 106 il edə bilər. Başlıcası son köçkünün ölkənin açarını xalçanın altına qoymasıdır ki, qonşu ölkələrdən qonaqlar qapını problemsiz aça bilsinlər.
Tərcümə Strateq.az-ındır.
MilliYol.Az
Digər xəbərlər
loading...