Universitetlərdə təhsil haqqını vaxtında ödəməyən tələbələr bundan sonra təshil kreditləri əldə edə bilərlər. Belə ki, bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü dövlət ali təhsil müəssisələri tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilmiş və qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınmışdır.
Missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması olan Fondun əsas fəaliyyət istiqamətləri bu sosial qrupa daxil olan tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin və qrantların verilməsini təşkil etməkdən ibarətdir. Krediti əldə etmək istəyən tələbələr valideynlərin rəsmi cari məvacibinə dair və kredit tarixçəsi üzrə arayışla müraciət etməlidirlər. Maksimum müddəti 4000 manat olan standart kreditlər üzrə illik faiz dərəcəsi 8 faiz, güzəştli kreditlər üzrə isə 6 faizdir. Kreditlər üzrə ödənişlərin həyata keçirilməsi tələbə məzun olduqdan sonra həyata keçiriləcək. Məzun olan tələbələr kreditlər üzrə borcların qaytarılmasna standart kreditlər üzrə 1 il güzəşt, güzəştli kreditlər üzrə isə 2 il güzəşt əldə etməklə başlaya bilərlər. Standart kreditlər 5 ilə, güzəştli kreditlər üzrə 10 ilə verilir. Həm tələbəlik və həm də güzəşt dövründə əsas borclara və faizlərə görə hesablanan faizlər ödənilməsə də onlar sonrakı dövrdə ödənişlərə əlavə olunur.
Bu konsepsiya cəlbedici və faydalı olması yanaşı, həm də aktuallığı ilə seçilir. Lakin, hesab edirəm ki, hazırkı situasiyada mövcud şərtlərlə onun icrası zamanı “Maarifçi” Tələbə Kredit Fondunun qarşısına ciddi çətinliklər çıxacaq. Çağdaş durumda bankların və kredit təşkilatlarının maliyyə, əhalinin sosial vəziyyətinin pisləşməsi onun geri qaytarılması risklərini çoxaldır. Belə riskləri idarə eləmək üçün kreditin verilmə qərarının tələbələrin valideynlərinin rəsmi cari məvacibinə və kredit tarixçəsinə bağlanması nəzərdə tutulsa da hesab edirəm ki, bu yanaşma yalnışdır və xüsusilə də aztəminatlı ailələrdə yaşayan tələbələrin kreditlərə çıxış imkanlarını məhdudlaşdıracaq. Belə ki, mümkündür ki, aztəminatlı ailəyə məxsus olan əlaçı tələbələr bu səbəbdən belə imkanlardan bəhrələnə bilməsinlər və təhsillərini ertələmək məcburiyyətində qalsınlar. Eyni zamanda bir faktı da unutmayaq ki, hazırda aztəminatlı ailələrin böyük əksəriyyətinin kredit tarixçəsi pozitiv deyildir. Odur ki, belə asılılığın yaradılması kreditlərin ayrılmasında başlıca əngələ çevriləcək. Təklif edirəm ki, Fond kreditləri ayırmamışdan əvvəl Universitetlərin məzunlarının iş tapma səviyyəsinə görə reytinqini müəyyənləşdirərək, kreditin ayrılması zamanı həm Universitetlər və həm də ixtisaslar arasında fərq qoysun. Digər tərəfdən də təhsil göstəricilərinə görə fərqlənən tələbələr üçün də yanaşma müxtəlif olmalıdır. Kreditin ayrılması zamanı Universitetdə qiymətləri yuxarı olan tələbələrlə pis qiyməti olan tələbələr arasında fərqin qoyulması son nəticədə tələbələrin hazırlıq səviyyəsinin yüksətmək üçün stimul kimi çıxış edə bilər.
Qubad İbadoğlu
iqtisadçı ekspert
Digər xəbərlər
loading...