Banklararası ticarətdə son yüksəlişdən sonra dollar manat qarşısında yenidən ucuzlaşıb
Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,16% ucuzlaşaraq 1.7132 manat olub. Terminal üzərində son ticarət 1.7158 manat məzənnəsi ilə aparılmışdı. Qeyd edək ki, nisbi ucuzlaşmaya baxmayaraq son bir həftədə banklararası ticarətdə dollar 1.70 manatdan aşağı düşməyib.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...