Mətbuatda gənc azərbaycanlı aktrisa Mila Əminənın dünyasını dəyişməsi ilə bağlı üzücü xəbər yer aldı. Məlum oldu ki, aktrisanın ölümünə meningit xəstəliyi səbəb olub.
Bəs görəsən bu xəstəliyin yaranma səbəbi nələrdir? Meningit hansı hallarda ölümə gətirib çıxarır? Xəstəliyin qarşısını almaq mümkündürmü? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.
Xəstəliklə bağlı ailem.az-a məlumat verən nevropatoloq Rima İbadova bildirdi ki, meningit – baş və onurğa beynin yumşaq qişalarının iltihabıdır. İltihabı virus və bakteriyalar törədə bilər: “Bu xəstəlik ilk olaraq sadəcə qrip əlamətləri kimi özünü göstərir. Halsızlıq, iştahsızlıq, boğaz ağrısı kimi. Amma kəskin gedişli formalarında tez bir şəkildə beyin qişalarında iltihab yayılır və daha çox özünü yüksək temperatur, halsızlıq, işıqdan, səsdən qorxma halları kimi büruzə verir. Həmçinin boyun əzələlərinin gərginliyi şiddətli dərəcədə olan baş ağrıları ilə özünü göstərir. İstənilən halda bir pasient öncəki dövrdə qrip əlamətləri və buna bənzər əlamətlərlə gələrək yoxlanılıbsa və sonra onda şiddətli baş ağrıları, boyun əzələlərində gərginlik, iştahsızlıq, halsızlıq, ürəkbulanma, fantan şəklində qusma varsa onun miningit ola biləcəyi düşünülməlidir”.
“Burada erkən müalicə çox əhəmiyyətlidir. Çünki həqiqətən də ildırım sürətli formada pasienti qısa bir zaman ərzində itirmək olur. Müalicəsində yüksək dozalı antibiotiklərdən istifapozulması halı yoxlanılır və funksiyanın nəticəsinə müvafiq olaraq diaqnoz qoymağa kömək edə olunur. Yəni qan analizlərindən, beyin onurğa-beyin mayesinin funksiyasının dir”-deyə həkim bildirdi.
R.İbadovanın sözlərinə görə, meningit çox ciddi fəsadları olan bir xəstəlikdir. Amma erkən müdaxilə və düzgün diaqnoz ilə müəyyən olunduqda xəstələrin həyatını xilas etmək mümkün olur: “Yuxarıda sadaladığımız bu əlamətlər müşahidə olunduqda dərhal həkimə müraciət etmək lazımdır. Ev şəraitində, hansısa türkəçarələrin vasitəsi ilə meningitin qarşısını almaq olmaz və çox ağır nəticələrə gətirib çıxara bilər. Bizim pasientlər arasında bu xəstəliyin ağırlaşmış formalarına çox rast gəlirik. Bəzi formalarında hərəkət sistemində problemlər, ağır epilepsiyalar, ömür boyu şikəstlik hallarına yol açır. Daha ağır formada isə ölümlə nəticələnir”.
Nevropotoloqun sözlərinə görə, istənilən halda adi soyuqdəymə, yuxarı tənəffüs yollarının infeksiyası düşünülürsə müvafiq həkimə müraciət etmək lazımdır: ”Bu xəstəliyin bəzi formaları yoluxucudur. Məsələn pnevmatik meningit kimi. Elə formaları da mövcuddur ki, ona qarşı peyvənd də var. Əgər orqanizmdə immunitet aşağıdırsa bir balaca soyuqdəymə bu prosesi sürətləndirər. Amma hər soyuqdəymə də meningit olmaq demək deyil. Bu xəstəliyin yaranmasında soyuq bir faktor rolunu oynayır, amma hər dəfə də soyuqdan yaranmır. Məsələn xəstəliyin etimologiyasına baxdıqda xəstəliyin törədiciləri arasında bakteriyalar, viriuslar, hətta göbələklər belə var”.
O dedi ki, xəstəliyin uşaqlarda gedişatı bir az daha yüngül olur: “Xüsusilə bir yaşına qədər uşaqlarda. Amma böyük insanlarda az təsadüf olunsa da gedişatı daha ağır olur və bu da böyüklərdə ölüm faizinin yüksək olması ilə nəticələnir. Amma meningit sonrası yeriməsini, danışığını itirən kifayət qədər uşaq pasiyentlərimiz də var. Bu cür ağırlaşma hallarının olmaması üçün xəstəliyə qarşı peyvəndlənməni tövsiyyə edirik”.
MilliYol.Az
Digər xəbərlər
loading...