Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.
MilliYol.Az xəbər verir ki, Ə.Abıyev ölkə.az-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:
“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”.
İcra başçısı haqqında yazılan yalan xəbərlərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevə də müraciət etdiyini söyləyib:
“Bu cür yazıları yazan adamlarla bağlı hörmətli Mədət müəllimə də müraciət etmişəm. Onunla danışmışam, məsələ araşdırılacaq. O zaman bəlli olacaq ki, haqqımda yalan xəbərlər yazan adamlar kimlərdir, haradan qaynaqlanır”.
Qeyd edək ki, Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranması və təcili Almaniyaya aparılması barədə xəbərlər yayılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...