«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis bəyan edib ki, ölkəsi Koreya Xalq Dnmokratik Respublikasına (KXDR) qarşı hərbi güc tətbiq etməyə hazırdır, ancaq münaqişənin diplomatik yollarla həllinə can atır
Bu barədə «The Washington Times » qəzeti yazıb.
«Hərbi həll variantları varmı? Əlbəttə. Bu, mənim vəzifəmdir – variantları hazırlamaq…» – deyə, Pentaqonun başçısı qeyd edib.
Bununla yanaşı, Mettis qeyd edib ki, ABŞ KXDR ilə dialoq zamanı diplomatiyadan istifadə etmək niyyətindədir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inın Quam adasına (burada ABŞ-n hərbi bazası yerləşir) yönəlik təhdidləri Pxenyanın xeyirinə olmayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...