Baş nazirin müavini kurasiya etdiyi sahəni dəyişdi
Baş nazirin müavini Ismət Abbasov kurasiya etdiyi sahəni dəyişib.
Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş nazirin müavini ölkə başçısı Ilham Əliyevlə görüşərək ondan kurasiya etdiyi sahəni dəyişməyi xahiş edib. Ölkə başçısının Ismət Abbasova cavabı müsbət olub. Beləliklə, Ismət Abbasovun kurasiya etdiyi kənd təsərrüfatı sahəsi ekologiya sahəsi ilə əvəzlənib.
Məlumatda deyilir ki, Ismət Abbasovun kəndə təsərrüfatı sahəsindən imtina etməsi səbəbsiz deyil. O, baş nazirin müavini təyin edilməmişdən əvvəl kənd təsərrüfatı naziri olub. Onun yerinə təyin edilən Heydər Əsədov bu sahədə ciddi nöqsanlar aşkarlayıb. Kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışan və peşəkar təftişçi olan Heydər Əsədov bu sahədə yoxlamalarını hələ də davam etdirir.
Təbii ki, aşkar edilən qanunsuzluqlar, maxinasiyalar Ismət Abbasovun dövrünə aiddidir. Bu halda əlbəttə ki, Ismət Abbasov bu sahəni kurasiya etməkdən çəkinməlidir. Axı Heydər Əsədova hər hansı irad bumeranq kimi onun özünə qayıda bilər. (azadlıq.info)
MilliYol.Az
Digər xəbərlər
loading...