Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib
ETS-nin mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşların Quba rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı “Qırmızı Kitab”a düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən edilib.
Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini S.Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, inzibati qaydada 400 manat məbləğində cərimə olunub. Vəhşi quş təbiətə buraxılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...