Aviabilet, otel və avtomobil kirayəsi xidmətləri üzrə fəaliyyət göstərən "Skyscanner" beynəlxalq saytı bu ilin yay mövsümünün 50 ən populyar istiqamətləri üzrə biletlərin qiymətini təhlil edərək, onları sentyabr ayı ilə müqayisə edib
Məlum olub ki, bu dövrdə aviauçuşlarda 33% qənaət etmək mümkündür.
Sentyabrda (avqust ayı ili müqayisədə) səfər etmək üçün ən əlverişli istiqamət Latviya göstərilib. İkinci və üçüncü yeri müvafiq olaraq Azərbaycan və Ermənistan tutub. Belə ki, sentyabrda bu ölkələrə səfər edənlər müvafiq olaraq 28% və 24% qənaət etmiş olacaqlar.
Siyahının dördüncüsü ABŞ, beşincisi isə İsveç olub. Avqust ayı ilə müqayisədə bu ölkələrə səfərin qiyməti sentyabrda müvafiq olaraq 23 və 21 faiz ucuzlaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...