Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qazaxda təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb
ARB 24 xəbər verir ki, reyd zamanı saxlanılan sərxoş sürücülər özlərinə bəraət qazandırmaq istəsələr də, həkim yoxlamasından keçdikdən sonra onların sərxoş olduqları təsdiqlənib. Qanunu pozanlara qarşı yerindəcə inzibati qaydada protokol tərtib olunub.
Sürücülərdən biri isə özünə belə bəraət qazandırmaq istəyib: “Mənim formama bax. İşdən evə, evdən də işə gedirəm. Mən hara gedirəm ki, onu da taxam. Uzaq yol gedəndə istifadə edirəm”.
Reyd zamanı polisin “saxla” əmrinə tabe olmayanlar da olub.
Yol polisindən bildirilib ki, sürücülər yola çıxarkən avtomobillərinin texniki nasazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu cür reydlər mütəmadi olaraq keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...