Şahin Əsədov: “Çərkəz Şirinov məni qorxuzmaqla bərabər üzümə deyir ki, etdiyin şikayətlərin heç bir nəticəsi olmayacaq və boşu boşuna özünü öldürtmək istəyirsən”.
Beyləqan rayon sakini Əsədov Şahin Qəhrəman oğlu mətbuat vasitəsi ilə ölkə prezidneti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quliyevə müraciət edərək kömək istəyir.
Şahin Əsədov bildirir ki, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinov onunla bağlı müxtəlif instansiyalara etdiyim şikayətlərə görə məni və ailəmi ölümlə hədələyir. AzFakt.com vətəndaş Şahin Əsədovun ölkə prezidentinə müraciətini olduğu kimi oxucularının diqqətinə cəlb edir:
“Möhtərəm prezidentim!
Çox hörmətli I vitse-prezident Mehriban xanım Əliyeva!
Hazırda 1 aydan çoxdur ki, ailəmi məcburən evimdən çıxardaraq qohumlarımın evinə yerləşdirmişəm. Çünki Çərkəz Şirinovun bacısı oğlu, Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin ferma müdiri Elməddin Şirinov və digər yaxın adamları mənə hər gün hədə qorxu gələrək, öldürüləcəyimi deyirlər. Çərkəz Şirinov məni qorxuzmaqla bərabər üzümə deyir ki, etdiyin şikayətlərin heç bir nəticəsi olmayacaq və boşu boşuna özünü öldürtmək istəyirsən.
Bu üzdən də möhtərəm prezidentim, sizdən haram pullarla qudurmuş bu ailənin təhdidlərindən məni və ailəmi müdafiə etməyi xahiş edirəm. Həmçini Daxili İşlər naziri Ramil Usubova, DTX rəisi Mədət Quliyevə müraciət edirəm. Mən öz həyatımdan yox, daha çox ailəmin hansısa bir üzvünün zərər görməsindən qorxuram. Buna görədə ölkə rəhbərliyindən, hüquq mühafizə orqanlaırndan yardım istəyirəm.
Möhtərəm prezidentim! Mən hər zaman sizin siyasəti dəstəkləyən və bununla fəxr edən bir vətəndaşam. Məhz sizin verdiyiniz ümidlər və dəstək sayəsində sahibkarlıqla məşğul olmağa, öz ailəmi dolandırmaqla yanaşı ölkə iqtisadiyyatına da azacıq da olsa faydalı olmağa qərar vermişəm. Lakin Beyləqan rayon Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinov bütün qanunları tapdalayaraq sahibkarlıqla məşğul olduğum torpaq sahəsini zəbt edib. Və hazırda mənim dövkət qurumlarına şikayət etdiyimə görə məni və ailəmi təhdid edir.
Möhtərəm prezidentim! Mənim son ümidim sizsiniz və ailəmi Çərkəz Şirinov terrorundan qoruyacağından da əminəm.
Beyləqan rayon sakini, sahibkar Əsədov Şahin Qəhrəman oğlu”.
MilliYol.Az
Digər xəbərlər
loading...