«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi nümayəndəsi Stefan Dyujarik bəyan edib ki, beynəlxalq təşkilat Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı «yüksələn ritorika»dan narahatlıq keçirir
«Biz, bütün tərəflərin yüksələn ritorikası ilə bağlı ehtiyatlanmaqda davam edirik. Biz, bu ritorikadan narahatlıq keçiririk» – deyə, BMT saytı ilə yayımlanan brifinqdə rəsmi nümayəndə bəyan edib.
Onun sözlərinə görə, BMT-nin Baş katibi Antoniu Quterreş vəziyyəti ciddi şəkildə izləyir və gərginliyin azaldılması istiqamətindəki bütün təşəbbüsləri alqışladığını dəfələrlə bəyan edib.
Bundan əvvəl ABŞ Müdafiə nazirliyi bəyan etmişdi ki, Şimali Koreyanın raket atıcı qurğularına preventiv zərbənin endirilməsi planı artıq hazırdır və Prezident Donald Trampın əmri ilə yerinə yetiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...