Məktəblərdən pul yığaraq məsələni ört-basdır etməyə çalışırlar
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Xidməti Departamentinin yerli Regional Maliyyə Müfəttişliyi Təhsil Şöbələrində maliyyə yoxlamaları aparır. MilliYol.Az-ın əldə etdiyi məlumata görə, bir sıra rayon şöbələrində böyük maliyyə yeyintiləri aşkarlayıb.
Bu rayonlardan biri də Beyləqan olub. 10 saylı Regional Müfəttişliyinin apardığı yoxlama zamanı Beyləqan Təhsil Şöbəsində ciddi qanun pozuntuları aşkara çıxarılıb. Amma məsələ üstü açılamadan qapadılıb. İddia olunur ki, 10 saylı Regional Müfəttişliyin rəisi Ədalət Nəbiyev Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova ilə anlaşaraq məsələniört-basdır edib. Bu məqsədlə Xuraman Rüstəmova ota mətkəb direktorlarından 200 min manat pul yığmalı olub.
Qanun pozuntusu aşkarlanan Təhsil Şöbələrindən biridə Ağcabədi olub. İddialara görə, bu rayonda da ciddi nöqsanlar üzə çıxıb. İndi Ağcabədi Təhsil Şöbəsi məsələni qapatmaq üçün müəllimlərdən pul yığır.
Son olaraq Maliyyə Müfəttişliyi Şəmkir Təhsil Şöbəsində yoxlama aparıb. Məlumatlara görə, müfəttişliyin əməkdaşları Şəmkirdəki orta məktəblərdə 2013/14 tədris ili dövründə müəllimlərə artıq maaş verildiyini aşkarlayıb. Hazırda həmin pullar geri istənilir. Bu barədə "Facebook"da məlumat yayan Emin Nihil adlı istifadəçi bildirib ki, bununla bağlı müəllimlərə heç bir hesabat verilmir. Onun sözlərinə görə, müəllimlərdən tələb olunan məbləğlər fərqlidir: "7, 14, 17, 24 manat və bəlkə də daha çox böyük rəqəmlər tələb olunur. Bu tələbi də direktorlara çatdıran isə Şəmkir Təhsil Şöbəsinin baş mühasibi Arzu Əmiraslanovdur. Çünki yoxlama əsas səhvləri məhz mühasibatlıqda aşkarlayıb".
Şəmkir rayonunda baş verən bu olayla bağlı müəllimlər narazılıq edirlər. Hətta bundan şikayətçi düşənlərin də sayı getdikcə çoxalır. Şəmkir rayonu, Kür qəsəbəsində fəaliyyət göstərən Hacı Zeynalabidin Tağıyev adına məktəbin direktoru Ruhiyyə Rəfiyeva şikayətlərin əsassız olduğunu bildirib. O deyib ki, kim hara istəyirsə şikayət edə bilər. Amma bu yenə də pul yığılmasının qarşısını almayacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...